Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
04.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 4-də saat 12 radələrində Masallı rayonu ərazisində Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində inzibati protokol tərtib olunaraq Masallı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə N.Məmmədov 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur.
Nəqliyyat vasitəsini qaçıramaqda şübhəli bilinən Bərdə rayonunun Nifçi kənd sakini R.Tanrıverdiyev avtomobillə birgə saxlanılmışdır
Bərdə Rayon Polis Şöbəsinə iyunun 4-də saat 1 radələrində Nifçi kəndi ərazisindən kənd sakini V.İbrahimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıramaqda şübhəli bilinən kənd sakini R.Tanrıverdiyev avtomobillə birgə saxlanılmışdır.Bərdə RPŞ-də araşdırma aparılır.
Qaçırdığı avtomobillə qəza törətmiş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılmışdır
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 3-də Maştağa qəsəbəsi ərazisindən Bakı şəhər sakini A.Şirinovun “Ravon” markalı avtomobilini qaçıraraq Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobili vurmuş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılmışdır. Z.Həsənliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.Araşdırma aparılır.
Şəmkir rayon sakini N.Səfərovdan tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş N.Səfərovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini T.Turabov və Y.Quliyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini T.Turabovdan tiryək və marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Y.Quliyev də müəyyən edilərək saxlanılmış, ondan 13 qramdan artıq marixuana, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 390 qram tiryək götürülmüşdür.
Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
Qazax RPŞ-nin əməkdaşları tərəfindən Daş Salahlı kəndi ərazisində 0,6 hektar ərazidən yabanı halda bitmiş 2875 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Baş Göynük kəndi ərazisində 1 hektardan artıq sahədə yabanı halda bitmiş 1400 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Nazim Nağıyev yerləşdirildiyi xəstəxanda ölmüşdür
İyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 4-də saat 10 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində Saatlı rayon sakini Mejdun Axundovun idarə etdiyi “VAZ-2106” və İmişli rayon sakini Ş.Əliyevin idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə M.Axundov xəsarətlə xəsətəxanaya aparılarkən yolda ölmüşdür.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanov rayonunda ticarət mərkəzinin dayanacağından velosiped oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb. Oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib. Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırrmalardan sonra məlum olacaq.