Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonu ərazisində yerləşən 3 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
25.08.2022
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən 3 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Rüstəmov, T.Xanbabayev və qardaşı Kamran saxlanılıb.
Sabirabad rayon sakini N.Həsənovdan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini N.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini İ.Quliyev saxlanılıb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İ.Quliyev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilərkən oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və 100 qram marixuana aşkar olunaraq götürülüb.
Beyləqan şəhər sakini H.Əmirovun idarə etdiyi avtomobildən “Makarov” markalı tapança və patron darağı götürülüb
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Beyləqan şəhər sakini əvvəllər məhkum olunmuş H.Əmirovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
24.08.2022
Avqustun 24-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini O.Xəlilov vurulub
Avqustun 24-də saat 18 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini N.Güləliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Osman Xəlilovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “BMW” və “Baic” markalı avtomobillər toqquşub
Avqustun 24-də saat 11 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Quliyevin idarə etdiyi “BMW” markalı və Müşviq Mustafayevin idarə etdiyi “Baic” markalı avtomobillər toqquşub. Nəticədə M.Mustafayev hadisə yerində, sərnişini Anargül Mustafayeva isə xəstəxanada ölüb.Suraxanı RPİ-də araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Q.Səmədov saxlanılıb
Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində bir avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Q.Səmədov saxlanılıb. Araşdırma nəticəsində şəxsin daha bir avtomobildən 50 manat, 100 ABŞ dolları, 310 manat dəyərində mobil telefon, elektron siqaret və qəlyan avadanlığı oğurladığı da müəyyən olunub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tərtər rayon sakini Ş.İngiliszadə və Ağdam rayon sakini X.Hacıyeva saxlanılıb
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tərtər rayon sakini Ş.İngiliszadə və Ağdam rayon sakini X.Hacıyeva saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan artıq heroin və 9 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Onların birgə yaşadıqları evə baxış zamanı isə oradan 1 kiloqramdan artıq heroin və 300 qram metamfetamin aşkar olunaraq götürülüb.
Binəqədi rayonunda bir qadına qarşı quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Tağıyeva saxlanılıb
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadından içərisində 2350 manat pul, 300 manat dəyərində planşet və mobil telefonu olan çantanı quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyeva saxlanılıb.