Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhər sakini T.Teymurova qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
27.08.2022
Sumqayıt şəhəri 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 26-da Sumqayıt şəhər sakini T.Teymurovun 2000 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini Z.Mustafazadə və Sumqayıt şəhər sakini N.Çubanov saxlanılıb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Nərimanov rayonunun Ə.Ağaoğlu küçəsində “Shacman” markalı avtomobillə Bakı şəhər sakini Z.Süleymanov vurulub
Avqustun 27-də saat 10 radələrində paytaxtın Nərimanov rayonunun Ə.Ağaoğlu küçəsində Beyləqan rayon sakini E.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Süleymanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Nərimanov RPİ-də araşdırma aparılır.
Şabran rayonunun Ağalıq kəndi ərazisində “Toyota” markalı avtomobillə rayon sakini H.Ağayev vurulub
Avqustun 27-də saat 15 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Abşeron rayon sakini İ.Skokov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Hacıbala Ağayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonu ərazisində yerləşən şirkətlərin birindən 7500 manat dəyərində boya mənimsəməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2018-ci ildən cari ilin avqust ayınadək olan müddətdə rayon ərazisində yerləşən şirkətlərin birindən 7500 manat dəyərində boya mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Abdullayev və A.Fəttahov saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən bir ofisdən 20000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir ofisdən 20000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən bir anbardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Xəlilov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir anbardan 3500 manat dəyərində kondisioner, 10 ədəd pəncərə, 6 qapı və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb.
Xətai rayonu ərazisində bir avtomobildən pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Xətai RPİ 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 25-də rayon ərazisində bir avtomobildən 1750 manat pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş V.Axundov və R.Süleymanov saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
26.08.2022
Avqustun 26-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Goranboy rayonunun Buzluq kəndi ərazisində “Ural” markalı avtomobil dərəyə aşıb
Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir mağazadan 4000 manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən R.Nəsirov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 4000 manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.