Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayon ərazisində bir avtomobildən 2200 dollar pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini S.Əhmədov saxlanılıb
26.08.2022
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 2200 dollar pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini əvvəllər məhkum olunmuş S.Əhmədov saxlanılıb.
Xətai rayonu ərazisində inşa olunan binadan 10400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Xətai RPİ 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılıb.
Paytaxtın Səbail rayonu ərazisində “Toyota” markalı avtomobillə Türkiyə vətəndaşı Yusuf Türksoy, Ağdaş rayon sakini X.Əhmədova və 30-35 yaşlı qadı vurulub
Avqustun 26-da saat 23 radələrində paytaxtın Səbail rayonu ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Yusuf Türksoyu, Ağdaş rayon sakini X.Əhmədovanı və 30-35 yaşlı qadını vurub. Nəticədə Y.Türksoy hadisə yerində ölüb.Səbail-RPİ tərəfindən aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması təmin olunub
25.08.2022
Avqustun 25-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Nissan” markalı avtomobil qarşıda gedən “ZAZ” markalı avtomobilə çırpılıb
Avqustun 25-də saat 12 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Qəbələ rayon sakini A.Səlimov idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini Muradalı Manafovun idarə etdiyi “ZAZ” markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən M.Manafov orada ölüb. Qaradağ RPŞ-də araşdırma aparılır.
Daşkəsən rayonu ərazisində “VAZ-21011” markalı avtomobil dəmir dirəyə çırpılıb
Avqustun 25-də saat 10 radələrində Daşkəsən rayonunun Quşçu Körpüsü qəsəbəsi ərazisində qəsəbə sakini Xəlil İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili dəmir dirəyə vurub. Nəticədə sürücü ölüb. Daşkəsən RPŞ-də araşdırma aparılır.
Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində “VAZ-21150” markalı avtomobil aşıb
Avqustun 25-də saat 18 radələrində Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakini Novruz Qasımov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.Beyləqan RPŞ-də araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yerləşən bir evdən velosiped oğurlamaqda şübhəli bilinən İ.Qasımov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir evdən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Qasımov saxlanılıb. Davam etdirilən tədbirlərlə onun müxtəlif vaxtlarda həyətyani sahədən, avtomobildən, iki marketdən də oğurluq etməsi müəyyən olub.
Nizami rayonu ərazisindəki bir evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Vəlizadə saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Vəlizadə saxlanılıb.
Nizami rayonu ərazisində bir avtomobildən 6000 manat dəyərində faranı oğurlamaqda şübhəli bilinən E.Talıbov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 6000 manat dəyərində faranı oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini E.Talıbov saxlanılıb.