Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ramana qəsəbəsində ötən gecə keçirilən əməliyyatlar zaman qəsəbə ərazisində narkotik maddələrin satışını həyata keçirən 9 nəfər saxlanılıb
29.08.2022
Sabunçu Rayon Polis İdarəsinin və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumatlar əsasında ötən gün Ramana qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin Ramana qəsəbəsində satışını təşkil ediblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
28.08.2022
Avqustun 28-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindən “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini İ.Məmmədov avtomobillə birlikdə saxlanılıb
Qaradağ rayonu 38-ci Polis Bölməsinə avqustun 28-də rayonun Sahil qəsəbəsi ərazisində “Tofaş” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini İ.Məmmədov avtomobillə birlikdə saxlanılıb.Qaradağ RPİ-də araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində "Mitsubishi" markalı avtomobil aşıb
Avqustun 28-də saat 7 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Lerik rayon sakini A.Əmənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişin Mələk Vəliyeva hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub
Avqustun 28-də saat 14 radələrində Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində kənd sakini Müşfiq İslamzadənin idarə etdiyi “VAZ-2107” markalı və Daşkəsən rayon sakini E.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.İslamzadənin sərnişini Fərid Mustafayev xəstəxanaya aparılarkən yolda özü isə xəstəxanada ölüb. Tovuz RPŞ-də araşdırma aparılır.
Nərimanov rayonu ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə Bakı şəhər sakini N.Məmmədlini vuraraq hadisə yerini tərk edib
Avqustun 28-də saat 23 radələrində paytaxtın Nərimanov rayonu K.Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb. Avtomobil rayon ərazisində tapılıb.İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.
Səbail rayonu ərazisində bir evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini A.Məmmədov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən 1500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Ayrı-ayrı şəxslərə məxsus 4 velosipedi oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini B.Babazadə saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 4 velosipedi oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş B.Babazadə saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri N.Bağırov və R.Bağırov saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş N.Bağırov və R.Bağırov saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərində heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onların şəhər ərazisində bir evdən 5000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
27.08.2022
Avqustun 27-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.