Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəki rayonunun Baş Göynük kəndi ərazisindəki bir mağazadan pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb
30.08.2022
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cari il iyul ayının 18-dən avqust ayının 30-dək olan müddətdə Baş Göynük kəndi ərazisindəki bir mağazadan 190 manat pul və 700 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb. Araşdırmalarla onun kənd ərazisində “VAZ-2107” markalı bir avtomobili yandırması da müəyyən olunub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir şəhər sakini Z.Əmiraslanov saxlanılıb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əmiraslanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 41 qramdan artıq tiryək, yaşadığı evə baxış zamanı isə “AKM” markalı avtomat silah, 1 ədəd patron darağı və 22 ədəd patron aşkarlanaraq götürülüb.
Xaçmaz rayonunun Sahillər qəsəbəsi ərazisində rayon sakini K.Qəribov tərəfindən yetişdirilən çətənə kolları və 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Sahillər qəsəbəsi ərazisində Aşağıoba kənd sakini K.Qəribov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 350 ədəd çətənə kolu və 4 kiloqram 190 qram marixuana aşkarlanaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
29.08.2022
Avqustun 29-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Lənkəran şəhəri ərazisində “VAZ-2107” və “Volkswagen” markalı avtomobillər toqquşub
Avqustun 30-da saat 1 radələrində Lənkəran şəhərinin ərazisində şəhər sakini A.Quluzadənin idarə etdiyi “VAZ-2107” və Şovu kənd sakini Natiq Rüstəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə N.Rüstəmov hadisə yerində ölüb. Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini A.Xanəliyev saxlanılıb
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini A.Xanəliyev saxlanılıb. Üzərinə və avtomobilinə baxış zamanı 1 kiloqramdan artıq heroin 166 qram metamfetamin 300 qrama yaxın marixuana aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə A.Xanəliyevin avtomobilində olan sərnişini Bakı şəhər sakini R.Davudovun üzərindən də heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Səbail rayonu ərazisindəki evlərin birindən televizor oğurlamaqda şübhəli bilinən R.Əmirov saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş R.Əmirov saxlanılıb.
Nəsimi rayonu ərazisində inşa olunan binadan dəmir konstruksiya və inşaat materialları oğurlamaqda şübhəli bilinən İ.Qitinmaqamedov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində inşa olunan binadan dəmir konstruksiya və 3200 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İ.Qitinmaqamedov saxlanılıb.
Pirallahı qəsəbəsində yerləşən bir mağazadan 6 ədəd soyuducu radiatoru oğurlamaqda şübhəli bilinən İ.İdiatulov saxlanılıb
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirallahı qəsəbəsində yerləşən bir mağazadan 1500 manat dəyərində 6 ədəd soyuducu radiatoru oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İ.İdiatulov saxlanılıb.
Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini T.Nəsirov saxlanılıb
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini T.Nəsirov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.