Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini S.Süleymanov müəyyən olunaraq saxlanılıb
16.12.2022
Metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini S.Süleymanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Quldurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Quliyev saxlanılıb
Dekabrın 15-də Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində Abşeron rayon sakini S.Quliyevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini S.Fərzəlizadə saxlanılıb, digərlərinin isə şəxsiyyəti müəyyən olunub
Səbail rayonu ərazisində Şamaxı rayon sakini olan bir nəfərin mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini S.Fərzəlizadə saxlanılıb, digərlərinin isə şəxsiyyəti müəyyən olunub. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Beyləqan rayonunun Türklər kənd sakini E.Maxmarovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Türklər kənd sakini E.Maxmarovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
İmişli rayon sakini Ə.Zamanovdan qanunsuz saxladığı 2 ədəd ov tüfəngləri götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini Ə.Zamanovdan qanunsuz saxladığı 2 ədəd “İJ-58” markalı ov tüfəngləri götürülüb.
Binəqədi rayonunda evlərdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub. Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub. Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.
Yeni Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ağstafadan Bakıya sərnişin daşıyan mikroavtobusdan külli miqdarda narkotik vasitə aşkar edildi
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən Şahin Nağıyev saxlanılıb və istintaqa təqdim edilib. Onun sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu mikroavtobusa baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkar edilib. Şahin Nağıyev ifadəsində narkotikləri Ağstafa rayonunda yaşayan tanışından əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotikin əldə olunduğu mənbə - Niyaməddin Nağıyev də saxlanılıb. Sonuncu ifadəsində narkotik tərkibli çətənə kollarını satmaq, həmçinin şəxsi istifadəsi üçün əkdiyini və qurudandan sonra həmyerlisi Şahin Nağıyev vasitəsi ilə Bakı şəhərinə göndərdiyini bildirib. Həmin şəxsdən əlavə olaraq qulluq edərək yetişdirdiyi çətənə kolları da aşkar olunub.Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
15.12.2022
Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 9 kiloqramdan artıq olan narkotik vasitələr və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitələr və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini R.Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.