Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini M.Səfərov müəyyən olunaraq saxlanılıb
19.01.2023
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24.000 manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Q.İbrahimli saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən içərisində pul olan cüzdan, 2 ədəd yaddaş kartı və 1500 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.İbrahimli saxlanılıb. Araşdırma aparılır.
Oğurluq törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Bayramov müəyyən olunaraq saxlanılıb
Tərtər rayonunun Xoruzlu və Bayandurlu kəndləri ərazisində Subartezian İdarəsinə məxsus artezian quyularını elektriklə təmin edən naqillərin 280 metrinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub. Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Bayramov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
H.Əhmədovun evinə baxış zamanı oradan nömrəsi silinmiş avtomat silahı, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş H.Əhmədovun evinə baxış zamanı oradan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Avtomobildən 650 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Əhmədova saxlanılıb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “KamAZ” markalı bir avtomobildən 650 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Əhmədova saxlanılıb. Araşdırma aparılır.
Yevlax şəhər sakini Z.Xəlilovdan 450 qram marixuana aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Xəlilovdan 450 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini R.Abdullayevdən 470 qram marixuana aşkar olunaraq götürülüb
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayevdən 470 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xızı rayon sakini İ.Kamalovdan 480 qram marixuana aşkar olunaraq götürülüb
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Kamalovdan 480 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 19-da saat 15 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Neftçala rayon sakini H.Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 19-da saat 7 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Sadıxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini P.Abdullayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.