Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İmişli rayonunun Qulubəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.12.2022
Dekabrın 19-da saat 21 radələrində İmişli rayonunun Qulubəyli kəndi ərazisində Z.Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən K.Həşimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Suraxanı rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri edən və üzərində odlu silah gəzdirən 189 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri törədən və üzərində odlu silah gəzdirən ümumilikdə 189 nəfər saxlanılıb. Həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 75-i barəsində məhkəmə tərəfindən həbs, 74-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları oğurlayan, habelə yanacaqdoldurma məntəqəsində quldurluq əməli törədən, üzərində qanunsuz olaraq odlu silah saxlayan 8 nəfərdən ibarət 4 dəstə, ümumilikdə isə 40 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 43 obyekti qarət etdikləri müəyyən edilib. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
18.12.2022
Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini A.Nəzərov saxlanılıb
Dekabrın 18-də saat 10 radələrində Salyan şəhərindəki evlərin birinə girən 2 nəfərin ev sahibəsini bıçaqla hədələyərək pul və qızıl əşyalar tələb etməsi, qadının səs-küy saldığından onların qaçmaları barədə polisə məlumat daxil olub. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Nəzərov saxlanılıb. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.
Xaçmaz dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən Xızı rayon sakini R.Qədirov müəyyən olunaraq saxlanılıb
Xaçmaz dəmir yolu stansiyası ərazisindən 55 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd kastil, Xızı rayonunun Sitalçay stansiyası ərazisindən isə 40 ədəd rels altlıqlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub. NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xızı rayon sakini R.Qədirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Avtomobil qaçırmaqda və akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini R.Səfərov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda və akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb. Araşdırma aparılır.
Astara rayonunun Şiyəkəran kənd sakini Y.Heydərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şiyəkəran kənd sakini Y.Heydərovdan qanunsuz saxladığı “Tulka” markalı ov tüfəngi götürülüb.
Sumqayıt şəhər sakini R.Əsgərovun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 39 qrama yaxın heroin, 8 qram metamfetamin, 3 qramdan artıq marixuana və 2 ədəd elektron tərəzi götürülüb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Əsgərovdan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 39 qrama yaxın heroin, 8 qram metamfetamin, 3 qramdan artıq marixuana və 2 ədəd elektron tərəzi götürülüb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Ə.Vəliyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
Dekabrın 17-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.İsgəndərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Vəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada dekabrın 18-də orada ölüb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Salyan rayonunun Şəkərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 18-də saat 16 radələrində Salyan rayonunun Şəkərli kəndi ərazisində rayon sakini C.Mirzəyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən Ə.Abbasovu və onun əmisi oğlu M.Abbasovu vurub. Nəticədə hər iki piyada xəsarətlə xəstəxanaya yerləşdirilib, Ə.Abbasov orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.