Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq əməllərində şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb
19.12.2022
Yasamal rayonu ərazisində bir köşkdən 2000 manat dəyərində tütün məmulatının, bir piştaxtadan isə 478 manat dəyərində quru meyvənin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb
Dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yol-nəqliyyat hadisəsinin taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluq əməlində şübhəli bilinən Masallı rayon sakini R.Əliyev müəyyən olunaraq saxlanılıb
Dekabrın 13-də Masallı rayonunun Mahmudavar kəndindəki evlərin birində ev sahibinin 730 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb. Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Həmzəliyev saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bilgəh qəsəbəsindəki evlərin birindən 500 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmzəliyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini E.Məmmədov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qızıl üzük və suvenir xəncər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisindən 3 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Tovuz rayon sakini F.Əhmədli tutularaq istintaqa təhvil verilib
Dekabrın 18-də Xətai rayonu ərazisindən 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan N.Həsənov xəstəxanada ölüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Tovuz rayon sakini F.Əhmədli tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Sabirabad rayonunun Beşdəli kənd sakini X.Məcidovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Beşdəli kənd sakini X.Məcidovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb.
Xocavənd rayon sakini Ş.Quliyevdən və İmişli rayon sakini A.Məmmədovdan qanunsuz saxladıqları 2 ədəd ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xocavənd rayon sakini Ş.Quliyevdən və İmişli rayon sakini A.Məmmədovdan qanunsuz saxladıqları “İJ” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 19-da saat 9 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində A.Hüseynlinin idarə etdiyi “VAZ-21723” və E.Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə A.Hüseynli hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəki rayonunun Cəfərabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 19-da saat 18 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində E.Məmmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobili aşırıb və nəticədə sərnişinləri Ç.Əhmədova və E.Həşimov hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.