Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yanvarın 24-də respublika ərazisində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
24.01.2023
Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqramdan çox heroin, 7,7 kiloqrama yaxın marixuana, 77 qram artıq tiryək, həmçinin 245 qram metamfetamin, 479 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini İ.Hüseynov müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə Cavadxan küçəsində yerləşən marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini R.Rzayev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 5 evdən naqil, şveller, plastik və dəmir qapılar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Rzayev saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayon sakini E.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2,8 kiloqramdan artıq marixuana və 3 ədəd qurudulmuş çətənə kolu aşkar olunaraq götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş E.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2,8 kiloqramdan artıq marixuana və 3 ədəd qurudulmuş çətənə kolu aşkar olunaraq götürülüb.
Oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini A.Yusifov və Qazax rayon sakini E.Nəsibzadə müəyyən olunaraq saxlanılıblar
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini A.Yusifov və Qazax rayon sakini E.Nəsibzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Z.Musayev müəyyən olunaraq saxlanılıb
Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini F.Hüseynov müəyyən olunaraq saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən bir emalatxanadan “BMW” markalı avtomobilin 1800 manat dəyərində mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini F.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 24-də saat 18 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba rayon sakini B.Babayev idarə etdiyi “QAZ-330210” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini A.Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.