Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.01.2023
Yanvarın 24-də saat 18 radələrində Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Ə.Həsənov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
23.01.2023
Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 13,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 23-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan çox heroin, 5,7 kiloqramdan artıq marixuana, 1,7 kiloqramdan artıq tiryək, həmçinin 3,2 kiloqrama yaxın metamfetamin, 1012 ədəd metadon və tramadol həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən P.Qasımov və E.Əmirov saxlanılıblar
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 1500 manat pul, noutbuk və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini P.Qasımov və Şamaxı rayon sakini E.Əmirov saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Kimyaçılar qəsəbə sakini S.Məmmədov saxlanılıb
Yanvarın 15-də Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından 270 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Kimyaçılar qəsəbə sakini S.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Masallı rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini E.Məmmədli saxlanılıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları və 3550 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədli saxlanılıb. Araşdırma aparılır.
Göygöl rayonunun Quşqara kəndi ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb
Yanvarın 23-də Göygöl rayonunun Quşqara kəndi ərazisində qanunsuz ov edən Gəncə şəhər sakini R.Süleymanov və Kəlbəcər rayon sakini İ.Kərimov Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. R.Süleymanovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi və üzərində 24 ədəd giliz olan bel kəməri götürülüb.
Tovuz rayonunun Qovlar şəhəri ərazisində “VAZ-21074” markalı avtomobillə şəhər sakini Z.Məmmədov vurulub
Yanvarın 23-də saat 19 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Saatlı rayon sakini E.Mejdunov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Z.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Kürdəmir şəhəri ərazisində idarə etdiyi avtomobillə şəhər sakini C.Məhərrəmovu vuraraq hadisə yerindən yayınan sürücü K.Kərimov saxlanılıb
Yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb. Araşdırma aparılır.