Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ruhid Bədəlov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Balakən rayon sakini İsgəndər Əhmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xəzər rayon sakini Allahverdi Allahverdiyev məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Şamil Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Furkan Koç DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Arzu Rzayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rəhman Fərzəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Hüseyn Əhmədli üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycan Triatlon Federasiyasından DİN-in “Instagram” səhifəsinə daxil olmuş təşəkkür məktubunda Triatlon üzrə Ölkə Çempionatında ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyi başda olmaqla Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür bildirilir.