Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.05.2026 - Vətəndaş Aida Eyvazova
Vətəndaş Aida Eyvazova DİN-ə təşəkkür məktubu göndərib. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.05.2026 - Vətəndaş Rabil İsayev
Vətəndaş Rabil İsayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.05.2026 - Vətəndaş Eldəniz Behbudov
Vətəndaş Eldəniz Behbudov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
05.05.2026 - Vətəndaş Əminə Abbasova
Vətəndaş Əminə Abbasova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
05.05.2026 - Vətəndaş Sənan Qəhrəmanlı
Vətəndaş Sənan Qəhrəmanlı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.05.2026 - Vətəndaş Samirə Əliyeva
Vətəndaş Samirə Əliyeva DİN-in “Instagram” səhifəsinə mesajında itirdiyi əşyasının qısa zamanda tapılaraq ona təhvil verilməsinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.05.2026 - Vətəndaş Dinara Muxtarov
Vətəndaş Dinara Muxtarov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.05.2026 - Əcnəbi vətəndaş Nilgün Öztaş
Əcnəbi vətəndaş Nilgün Öztaş DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə minnətdarlığını ifadə edir.
05.05.2026 - Vətəndaş Rza Məmmədov
Vətəndaş Rza Məmmədov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.