Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fatimə Səfərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi onlayn dələduzluq faktı ilə bağlı müraciəti əsasında aparılan araşdırmalarla ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mehriban Zeynalova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda övladının səhhəti ilə bağlı müraciət etdiyi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında göstərilən peşəkar tibbi xidmətə görə DİN-in rəhbərliyinə və hospitalın əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İlkin Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “17.01.2026-cı il tarixində paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və araşdırmadan razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”. 

Bakı şəhər sakini Əliyar Babayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN-ə etdiyi müraciətinə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək 17-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Gülarə Səfyarlıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “16.01.2026-cı il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Müraciətimə operativ baxılmış və məsələ müsbət həll olunmuşdur. Bununla əlaqədar DİN-in rəhbərliyinə və Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”. 

Bakı şəhər sakini Rəhim Məhərrəmov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Elnur Abdullayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Lalə Böyükkişiyeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Orxan Əsgərzadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.