Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.02.2026 - Vətəndaş Gülnaz Xəlilova
Vətəndaş Gülnaz Xəlilova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə, Bakı şəhər Baş Polis İdarəsinin və Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.02.2026 - Vətəndaş Nurəddin Niftəliyev
Vətəndaş Nurəddin Niftəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdim ki, mənə qarşı qərəzli olaraq xuliqanlıq və dələduzluq cinayətləri törədilib. Müraciətimlə əlaqədar Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıldı, istintaq tam və obyektiv şəkildə aparıldı. Başda DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi olmaqla istintaq şöbənin əməkdaşlarına təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.
20.02.2026 - Vətəndaş Mənsumə Qəribova
Vətəndaş Mənsumə Qəribova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “12.02.2026-cı il tarixində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə şifahi müraciət edərək evimin qarşısında quraşdırılmış kameranın düzəldilməsi ilə bağlı köməklik istədim. Dərhal 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən köməklik göstərilərək kameranın görüntüsündəki problem aradan qaldırıldı. Bunun üçün DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Var olsun, Azərbaycan polisi!”.
20.02.2026 - Vətəndaş Mübariz Məmmədov
Vətəndaş Mübariz Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai rayonu M.Hadi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşı hadisəyə dərhal reaksiya verərək obyektiv araşdırma apardı. Bu cür hallar Azərbaycan vətəndaşının polisə olan inamını daha da artırır. Bu səbəbdən DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
20.02.2026 - Vətəndaş Elmir Məmmədov
Vətəndaş Elmir Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək bir nəfərin mənə məxsus pulu mənimsədiyini bildirmişdim. Polis şöbəsinin ədalətli və operativ yanaşmasından dərhal sonra həmin şəxs pulumu qaytarmağa başladı. Bu səbəbdən özümə vətəndaşlıq borcu bildim ki, DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin şəxsi heyətinə dərin təşəkkürümü bildirim”.
20.02.2026 - Vətəndaş Aqil Əbilov
Vətəndaş Aqil Əbilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Xətai RPİ 37-ci Polis Şöbəsinə oğlumun itkin düşməsi ilə bağlı müraciət etmişdim. Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oğlum operativ şəkildə tapılaraq sağ-salamat mənə təhvil verildi. Buna görə başda cənab Nazir Vilayət Eyvazov olmaqla Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.”
20.02.2026 - Vətəndaş Nicat Seyidov
Vətəndaş Nicat Seyidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənim 800 manat pul vəsaitim dələduzluq yolu ilə mənimsənilmişdi. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları, xüsusilə də müstəntiq, mayor Elnar İbrahimli tərəfindən operativ tədbirlər görülərək həmin vəsait cinayətkardan alınaraq mənə geri qaytarıldı və problem öz həllini tapdı. Buna görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və müstəntiq mayor Elnar İbrahimliyə dərin minnətdarlığımı bildirir, göstərdikləri peşəkarlığa görə təşəkkür edirəm.”
20.02.2026 - Vətəndaş Vüqar Həmidov
Vətəndaş Vüqar Həmidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.01.2026-cı il tarixdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmanın gedişindən və göstərilən münasibətdən çox razı qaldım. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.”
20.02.2026 - Vətəndaş Dilarə Həsənova
Vətəndaş Dilarə Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Binəqədi RPİ 6-cı Polis Bölməsinin hörmətli rəhbərliyinə və əməkdaşlarına itmiş telefonumun tapılaraq mənə qaytarılmasında göstərdiyiniz operativlik, diqqət və məsuliyyət üçün Sizə dərin təşəkkürümü bildirirəm. Peşəkarlığınız və vətəndaşlara göstərdiyiniz qayğı təqdirəlayiqdir. Bu hadisə bir daha sübut etdi ki, Siz vətəndaşların təhlükəsizliyi və hüquqlarının qorunması üçün böyük fədakarlıqla xidmət edirsiniz. Zəhmətiniz və dəstəyiniz üçün minnətdaram. Sizə çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm, Azərbaycan Polisinə.”