Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Ələt-Astara magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlum Fəqan İmaməliyev vəfat etmişdir. Hadisənin qanun çərçivəsində araşdırıldığına, işə obyektiv və düzgün baxıldığına görə müstəntiq Fuad Şirinova təşəkkürümü bildirirəm.” Bu fikirlər Astara rayon sakini Xurşud İmaməliyevin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundandır.

Masallı rayon sakini Balakişi Hüseynov ölkədə yaradılan əmin-manalığa və sabitliyə görə digər hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan Polisinə də minnətdarlığını ifadə edir.

Qusar rayonunun Samur qəsəbə sakini Mövlan Qadirəliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Samur PB-nin polis sahə rəisi Sahib Qafarovun xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə təşəkkürünü bildirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zakir Kərimov DİN rəhbərliyinə ünvanladığı məktubunda Nizami RPİ-nin əməkdaşı olan oğlunun vaxtsız vəfat etdiyini, onun ailəsinə bu ağır gündə maddi və mənəvi dəstək göstərdiyinə görə Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nizami Cəfərov DİN-ə ünvanladığı məktubunda xoş rəftara, səmimiyyətə və obyektiv münasibətə görə Sabuncu rayon Dövlət Yol Polisinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Hafiz Tağıyev DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərilən köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

İmişli rayonunun Qaragüvənlik kənd sakini Aygün Məmmədova şikayətinə tez bir zamanda baxılaraq probleminin həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Pərviz Fərhadov DİN rəhbərliyinə ünvanladığı təşəkkür teleqramında oğlunun daxili işlər orqanlarina xidmətə yenidən bərpa olunmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Xəyalə Cəlilova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq teleqramında işlə təmin olunmasinda göstərilən köməkliyə görə 42-ci Polis bölməsinin rəhbərliyinə təşəkkürünü bildirir.