Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.05.2018 - Yevlax şəhər sakini Kərəm İbrahimov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Yevlax şəhər sakini Kərəm İbrahimov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda mənzilində baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında və oğurluğu törədən şəxsin yaxalanmasında göstərdikləri yüksək peşəkarlığa görə Yevlax RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.
19.05.2018 - İraq Respublikasının vətəndaşları Mohammed Abbood Saleh və Falah Mehdi...
İraq Respublikasının vətəndaşları Mohammed Abbood Saleh və Falah Mehdi ölkəmizdə əcnəbilər üçün yaradılan şəraitdən, polis və miqrasiya orqanlarının fəaliyyətindən məmnunluqlarını bildirir, 1 saylı “ASAN xidmət” mərkəzində xidmət aparan polis əməkdaşı Mircəlal Əliyevin peşəkarlığını, vətəndaşlarla nəzakətli rəftarını DİN-ə ünvanladıqları təşəkkür məktubunda xüsusi vurğulayırlar.
19.05.2018 - Bakı şəhər sakini Fərid Muxtarzadə Avtomobilinə dövlət qeydiyyat nişanı almaq...
Bakı şəhər sakini Fərid Muxtarzadə Avtomobilinə dövlət qeydiyyat nişanı almaq üçün etdiyi müraciətə müsbət cavab verildiyinə görə təşəkkür edir.
19.05.2018 - Salyan rayon sakini Rəşad Babayev üzləşdiyi problemin həllində göstərdiyi...
Salyan rayon sakini Rəşad Babayev üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
19.05.2018 - Saatlı rayon sakini Yaşar Rəşidov şikayət ərizəsində göstərdiyi tələbinin Baş...
Saatlı rayon sakini Yaşar Rəşidov şikayət ərizəsində göstərdiyi tələbinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təmin edildiyinə və hər şeyin qanun çərçivəsində öz həllini tapdığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
19.05.2018 - Bakı şəhər sakini Vaqif Hüseynov icarədarı olduğu “Topaz” mərc oyunları...
Bakı şəhər sakini Vaqif Hüseynov icarədarı olduğu “Topaz” mərc oyunları məntəqəsində baş vermiş oğurluq faktının üstünün qısa zamanda açılmasına, ona dəymiş ziyanın ödənilməsinə görə Nərimanov RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.
19.05.2018 - Bakı şəhər sakini Aytac Əhmədova atasına göstərilən diqqət və qayğıya görə...
Bakı şəhər sakini Aytac Əhmədova atasına göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.
19.05.2018 - Bakı şəhər sakini Zaur Əlizadə asayişin keşiyində ayıq-sayıq duran...
Bakı şəhər sakini Zaur Əlizadə asayişin keşiyində ayıq-sayıq duran həmkarlarımıza fədakar xidmətlərində uğurlar arzulayır.
19.05.2018 - Saatlı rayon sakini Fikrət Canəliyev 1987-ci ildə aldığı sürücülük vəsiqəsini...
Saatlı rayon sakini Fikrət Canəliyev 1987-ci ildə aldığı sürücülük vəsiqəsini dəyişdirmək üçün Şirvan şəhər İmtahan Qeydiyyat Şöbəsinə etdiyi müraciətdən sonra ona Azərbaycan Respublikasının yeni sürücülük vəsiqəsi verildiyinə görə minnətdarlığını bildirir.