Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elgün Əhmədli DİN-ə ünvanladığı minnətdarlıq məktubunda yollarda təhlükəsizliyin təmin olunmasında Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətini yüksək dəyərləndirir.

Saatlı rayonu Mircəlal kənd sakini Lütfəli Abdullayev DİN BDYPİ-nin Şirvan, Şəkidən isə Namiq İsmayılov “Şəki Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsi” əməkdaşlarının vətəndaşlara göstərdikləri xidmətdən razılıqlarını ifadə edirlər.

Masallı rayon sakini Əliəşrəf Hüseynzadə yol-nəqliyyat hadisəsi zamanı maşınının əzilməsi ilə bağlı Binəqədi RPİ DYPB-nin əməkdaşı Fuad Məmmədov tərəfindən aparılan araşdırmadan razı qaldığını bildirir.

Bakı şəhər sakini, ikinci qrup əlil Südabə Əhmədzadə Suraxanı RPİ-nin əməkdaşı, polis kapitanı Elvin Cəfərovun xidməti fəaliyyətindən razılığını ifadə edir.

Tutuxanım Əliyeva oğlu, Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyevin xatirəsinin İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti tərəfindən hər zaman hörmətlə anıldığını, onun büstünün ətrafının abadlaşdırıldığını DİN-ə ünvanladığı təşəkkür məktubunda minnətdarlıq hissi ilə qeyd edir.

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin çəkilişləri zamanı təhlükəsizliyi etibarlı qoruduqlarına, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə həmkarlarımıza təşəkkürünü bildirir.

Bakı şəhər sakini 1-ci qrup əlil Həsən Talıblı DİN-ə ünvanladığı məktubunda ona göstərdikləri köməyə görə Baş Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir.

Qazax rayon sakini Azad Əhmədov bacısı oğlunun xidməti yerinin dəyişdirilməsi ilə bağlı onlara göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Astara rayon sakini Rahim Baxşıyev DİN-ə ünvanladığı məktubunda şikayətinə tez və ədalətli baxılmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.