Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Məzahir Əliyev müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ramiz Hüseynov mobil telefonunun itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini Asim İsmayılov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda təqaüddə olan polis mayoru Mehman Əliyevdən razılığını bildirir.

Goranboy rayonunun Qaraçinar kənd sakini Gülənirüz Şabanova DİN-ə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həll olunmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə və Xocalı RPŞ-nin əməkdaşlarına minətdarlığını bildirir.

Bakı şəhər sakini Həqiqət Abbasova DİN-ə ünvanladığı məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Siyavuş Kərimi DİN-ə ünvanladığı məktubda DİN-in “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzində xidmət edən personaldan Mərkəzdə yaradılan şəraitdən razılıq edir, təşəkkürünü bildirir.

Bakı şəhər sakini Naci Hüseynov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və tez baxılmasına, ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fəxrəddin Manafov DİN-ə ünvanladığı məktubda DİN-nin “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzinin rəhbərliyindən, orada xidmət aparan personalın istirahətə gələnlərlə xoş və səmimi davranışından və Mərkəzdə yaradılan şəraitdən razılıq edir, təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rauf İbrahimov “Yamaha-75” markalı qayığının matorunun, çoxsaylı balıq torlarının oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.