Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vaqif Behbudov DİN-ə ünvanladığı məktubunda onun səhhəti ilə bağlı etdiyi müraciətinə baxılmasına və müalicə olunmasına göstərdiyi köməkliyə görə Tibb İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mahmud Hüseynov DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə 7-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ucar rayon sakini Şəfaqət Əhmədova polisə müraciət etdiyi zaman, probleminin haqq-ədalətli həllini tapmasında göstərdikləri köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Malik Həsənov DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İran İslam Respublikası vətəndaşı Mosle Əli Nəsimi RPİ 22-ci PB əməkdaşlarının ona sərgilədikləri səmiyyətə və baş vermiş oğurluq hadisəsinin tez bir zamanda açılmasında göstərdikləri köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Salyan rayonunun Xalac kənd sakini Eldəniz Tağıyev DİN-ə ünvanladığı məktubunda probleminin ədalətli həllində göstərdikləri köməyə görə Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Təqaüddə olan polis polkovniki Azad Məmmədov oğlu Abasət Məmmədovun daxili işlər orqanlarına qəbul edilməsinə, polis veteranlarına göstərilən diqqətə və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Şəki şəhər sakini, ikinci qrup əlil, əmək veteranı Əhmədin Əhmədov ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdalarından razılığını ifadə edir, onlara xidmətlərində uğurlar arzulayır.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və 9 May Qələbə günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və “ARB Şəki” Media Şurkətinin birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə asayişin etibarlı qorunmasına, təhlükəsizliyin etibarı təmininə görə “ARB Şəki” Media Şirkətinin baş direktoru Rəşad Məmmədov DİN rəhbərliyinə təşəkkürünü bildirir.