Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Pərviz Fərhadov qardaşı Bəhruz Fərhadovun yenidən daxili işlər orqanlarına bərpa olunmasında göstərdiyi humanistliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Balaxanı qəsəbəsinin bir qrup sakini narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq qanuna təslim edilməsinə, rayonun məktəblərində mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə görə RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlıq edirlər.

İsmayıllı rayonunun Quşencə kənd sakini Ramiz Ağayev minnətdarlıq məktubunda Ağsu rayonunda rayonlararası qeydiyyat-imtahan şöbəsində imtahan prosesinin şəffaf keçirilməsinə görə DİN rəhbərliyinə və şöbənin əməkdaşlarına təşəkkürünü bildirir.

Qusar rayonunun Köhnə Xudat kənd sakini Yaşar Hüseynov müraciətinə tez bir zamanda baxılaraq düzgün həllini tapmasında göstərdikləri köməkliyə görə Qusar RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əminə Həsənova DİN-ə ünvanladığı teleqramında onun qeydiyyata düşməsi və şəxsiyyət vəsiqəsi ilə təmin olunmasına göstərilən köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə və Pasport-qeydiyyatı bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ramiz Cəbrayılov DİN rəhbərliyinə ünvanladığı teleqramında naməlum şəraitdə itirdiyi özünün və ailə üzvlərinə aid sənədlərin tapılıb qaytarılmasında göstərdiyi köməyə görə Nəsimi RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşlarından razılıq edir və minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cavid Qəhrəmanov DİN-ə ünvanladığı məktubunda ona dəymiş ziyanın qaytarılmasında köməklik göstərdiklərinə görə Nəsimi rayonu 22-ci Polis Bölməsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fuad Süleymanov DİN-ə ünvanladığı məktubunda ona məxsus sualtı tüfənglərin və qayığın tez bir zamanda tapılıb qaytarılmasında göstərilən köməkliyə görə 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gədəbəy rayon sakini Arzu Həsənov DİN rəhbərliyinə ünvanladığı məktubunda ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.