Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.06.2018 - Bakı şəhər sakini Nicat Musayev bu gün asayişin keşiyində ayıq-sayıq duran...
Bakı şəhər sakini Nicat Musayev bu gün asayişin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisinə xidmətində uğurlar arzulayır.
11.06.2018 - Astara rayon sakini Elmira Əhmədova xəstə ailə üzvlərinə göstərilən diqqət və...
Astara rayon sakini Elmira Əhmədova xəstə ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
08.06.2018 - Bakı şəhər sakini Dilarə Məlikzadə DİN-ə ünvanladığı məktubunda şikayətinə...
Bakı şəhər sakini Dilarə Məlikzadə DİN-ə ünvanladığı məktubunda şikayətinə tez və obyektiv baxılaraq, ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.06.2018 - Samux rayon sakini Məmmədağa Nəbiyev DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Samux rayon sakini Məmmədağa Nəbiyev DİN rəhbərliyinə ünvanladığı məktubunda Gəncə şəhər Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların tam şəffaf şəkildə keçirilməsindən razılığını ifadə edir.
08.06.2018 - Bakı şəhər sakini Rahim Yediyarov DİN-ə ünvanladığı məktubunda övladının...
Bakı şəhər sakini Rahim Yediyarov DİN-ə ünvanladığı məktubunda övladının xidməti yerinə bərpa olunmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
07.06.2018 - Bakı şəhər sakini Elşən Teymurov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Elşən Teymurov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
07.06.2018 - Cəlilabad rayonunun Qarazəncir kənd sakini Mehti Məmmədov məktubunda Rayon...
Cəlilabad rayonunun Qarazəncir kənd sakini Mehti Məmmədov məktubunda Rayon Polis Şöbəsində işləyən övladının probleminin ədalətli həllində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.06.2018 - Sumqayıt şəhər sakini Sərvər Süleymanlı hüquqlarının pozulmasına görə etdiyi...
Sumqayıt şəhər sakini Sərvər Süleymanlı hüquqlarının pozulmasına görə etdiyi müraciətə çevik reaksiya verildiyi və aparılan araşdırmalardan sonra məsələnin qanun çərçivəsində öz həllini tapdığı üçün Azərbaycan Polisinə təşəkkürünü bildirir.
06.06.2018 - Bakı şəhər sakini II-ci qrup Qarabağ əlili Elçin Quliyev DİN-ə ünvanladığı...
Bakı şəhər sakini II-ci qrup Qarabağ əlili Elçin Quliyev DİN-ə ünvanladığı məktubunda övladının işlə təmin olunmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.