Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

"Reportyor.info" saytının baş redaktoru Arifə Əliyeva “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, hesabında paylaşaraq ictimailəşdirdiyi məsələyə çevik reaksiya verildiyini, Sumqayıt Şəhər Polis İdarəsində və Dövlət Yol Polisi Şöbəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir. 
A.Əliyeva müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və obyektivliyə görə DİN rəhbərliyinə,  Sumqayıt ŞPİ və DYPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Əcnəbi vətəndaş olan Petr Kizin DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə həssas yanaşıldığını, onunla əlaqə saxlanılaraq dəymiş maddi ziyanın ödətdirilməsi üçün müvafiq araşdırmalara başlanıldığını qeyd edir. 
P.Kizin müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.   

Bakı şəhər sakini Rəşad Qasımov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə diqqətlə yanaşıldığını, Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu və ona dəymiş maddi ziyanın ödətdirilməsində köməklik göstərildiyini qeyd edərək DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Gəncə şəhər sakini Nəzirə Babayeva ona göstərilən diqqət və qayğı, edilən köməkliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayon sakini Nicat Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa və müraciətlərə həssaslıqla yanaşıldığına görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Leyla Həsənova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, tələbə olduğunu, dərsdən qayıdarkən qəfil tələbə yoldaşının səhhətinin pisləşdiyini və həmin vəziyyətdə yaxınlıqda xidmət aparan polis əməkdaşının onları şəxsi avtomobili ilə xəstəxanaya çatdırdığını qeyd edir.
L.Həsənova humanistliyinə, vətəndaşlara diqqət və qayğısına görə Azərbaycan Polisinə, həmçinin onlara köməklik göstərən, adını bilmədiyi Mühafizə Polisinin həmin əməkdaşına minətdarlığını bildirir.

Vətəndaş Vüqar Suvarov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Zərin Abdullazadə öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və İnsan Alverina Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Təranə Hacıyeva ünvanlandığı məktubunda ölkə ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına həmçinin cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığına görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.