Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ceyhun Fərəcullayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ 36-cı Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir. 

Vətəndaş Namiq Feyzullayev yaşadığı ünvanın yaxınlığında yerləşən məktəbin qarşısında piyada keçidinin olmaması səbəbindən şagirdlər üçün ciddi təhlükə yarandığını bildirmiş və piyada keçidi zolağının çəkilməsini xahiş etmişdir. Problemin qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Rüstəm Aydarov bağ evində üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də əşyalarının ona qaytarılmasında göstərdikləri köməkliyə görə Xəzər RPİ 2-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Vətəndaş Qəribəli Azadəliyev yaşadığı ünvanın yaxınlığında piyada keçidinin olmaması səbəbindən sakinlər üçün ciddi təhlükə yarandığını bildirmiş və piyada keçidi zolağının çəkilməsini xahiş etmişdir. Problemin qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Səbinə Babayeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə çevik reaksiya verilməsinə, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Lənkəran rayon sakini Daşlid Nuriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-də obyektiv şəkildə araşdırılmasına görə minnətdarlığını bildirir 

Lənkəran rayonunun Separadi kənd sakini Cəfər Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda bölgələrdə təşkil olunan vətəndaş qəbullarına və həmin qəbullar zamanı qaldırılan məsələlərin operativ həllinə görə minnətdarlığını ifadə edir.

Cəlilabad rayon sakini Famil Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir

Bakı şəhər sakini Nizami Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, pulunun mənimsənilməsi ilə bağlı etdiyi müraciəti ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə dəvət olunduğunu, araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll edildiyini qeyd edir. 
N.Məhərrəmov müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.