Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Röyal Mahmudov DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Jurnalist Xəyyam Salmanzadə “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan Polisinə təşəkkür postu paylaşıb. O, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Bərdə Rayon Polis Şöbəsində keçirdiyi vətəndaş qəbulunda ailə üzvlərinin qəbul edildiklərini, müraciətlərinin dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Samux rayon sakini, şəhid atası olan Saləddin Atakişiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaş müraciətlərinə diqqətlə və həssaslıqla yanaşan, xüsusən şəhid ailələrinə, o cümlədən onlara göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bir qrup Ağcabədi rayon sakini müraciətlərinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Bir qrup Bərdə rayon sakini müraciətlərinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Hümbət Rəhimov müraciətinin həll müsbət həll edilməsinə və ona dəymiş ziyanın aradan qaldırılmasında göstərilən köməkliyə görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bərdə rayon sakini Çingiz Əliyev müraciətinə obyektiv baxılmasına və ona dəyən ziyanın ödənilməsinin təmin olunmasına görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Şəmkir rayon sakini Asim İsmayılov məktubunda 8 noyabr “Zəfər Günü” münasibətilə DİN rəhbərliyini, eləcə də Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Jurnalist Pərvin Abışova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, bir qadının ona müraciəti əsasında hesabında paylaşaraq ictimailəşdirdiyi posta Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən dərhal reaksiya verildiyini, həmin qadınla birgə Nəsimi Rayon Polis İdarəsinə dəvət edilərək dinlənildiklərini və qısa müddətdə müvafiq araşdırma aparılaraq məsələnin aydınlaşdırıldığını bildirir.
Jurnalist P.Abışova hesabında paylaşaraq ictimailəşdirdiyi posta dərhal reaksiya verilməsinə, həmçinin nəzakətlə qəbul edilərək dinlənildiklərinə və obyektiv araşdırma aparılaraq qısa müddətdə məsələnin aydınlaşdırılmasına görə DİN Mətbuat Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.