Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.12.2022 - Vətəndaş İlqar İsmayılov
Vətəndaş İlqar İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Goranboy rayonu ərazisində quraşdırılmış şəhid lövhəsinin qeyri-müəyyən şəraitdə əzilməsi barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat verdiyini, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlərin görüldüyünü və qısa müddətdə şəhidin lövhəsinin bərpa olunduğunu bildirir.
Qazi olan İ.İsmayılov müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və köməkliyə görə özü, şəhid və qazi ailələri adından DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
13.12.2022 - Vətəndaş Vüqar Quliyev
Vətəndaş Vüqar Quliyev öz “Facebook” sosial şəbəkə səhifəsində təşəkkür postu paylaşıb. O, Respublika Kliniki Xəstəxanasında mühafizə polisi əməkdaşları tərəfindən düzgün təşkil olunmuş xidmət nəticəsində növbəlik əsasında vətəndaşlara tibbi yardım göstərilərək vətəndaş məmnunluğunun təmin edildiyini qeyd edir, xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Baş Mühafizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
13.12.2022 - Sabirabad rayon sakini Məftunə İmanova
Sabirabad rayon sakini Məftunə İmanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyinə və obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
13.12.2022 - Bakı şəhər sakini Tural Məmmədov
Bakı şəhər sakini Tural Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
13.12.2022 - Masallı rayon sakini Rəsul Mustafazadə
Masallı rayon sakini Rəsul Mustafazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
13.12.2022 - Tovuz rayon sakini Elkin Əliyev
Tovuz rayon sakini Elkin Əliyev DİN-in “Facebook” səhifəsinə mesaj yazaraq oğurlanmış mobil telefonunun polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə tapılaraq özünə qaytarıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
13.12.2022 - Bakı şəhər sakini Pərviz Ələkbərov
Bakı şəhər sakini Pərviz Ələkbərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və aparılan obyektiv araşdırma nəticəsində qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir.
P.Ələkbərov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.
13.12.2022 - Sosial şəbəkə izləyicisi Rəşad Qafarov
Sosial şəbəkə izləyicisi Rəşad Qafarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və müraciətinin tez bir zamanda həllini tapmasına görə minnətdarlıq edir.
13.12.2022 - Bakı şəhər sakini Seymur Alisgəndərov
Bakı şəhər sakini Seymur Alisgəndərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə “102” Xidməti-zəng Mərkəzinin əməkdaşlarına öz minnətdarlığını ifadə edir.