Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Məmmədağa Şiriyev cümhuriyyət yaşıdı olan həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir.

Bakı şəhər sakini Şəbnəm Eldarova DİN-ə ünvanladığı məktubunda işıqların sönməsi ilə əlaqədar metroda başvermiş fövqəladə vəziyyət zamanı onlara göstərdikləri köməyə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Goranboy şəhər sakini Nazim Adilov məktubunda səhhətində yaranan problemin aradan qaldırılmasında ona göstərdikləri köməyə görə DİN-in A.Heydərov adına Respublika Hospitalının rəhbərliyinə və bütün tibbi personala öz təşəkkürünü bildirir.

Astara rayon sakini A.Xəlilov DİN-ə ünvanladığı məktubunda şikayətinə tez və obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fevral Məhəmmədov DİN rəhbərliyinə ünvanladığı məktubunda üzləşdiyi problemin həllini tapmasında göstərdikləri köməyə görə Qusar Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

İsmayıllı rayon sakini Kamal Allahverdiyev DİN-ə ünvanladığı məktubunda ictimai sabitliyin təminində, cinayətkarlıqla mübarizədə polisin rolunu yüksək dəyərləndirir və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Sabir Əliyev DİN rəhbərliyinə ünvanladığı məktubunda Azərbaycan Polisini peşə bayramı münasibətilə təbrik edir.

Bakı şəhər sakini Elçin Aydınov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai sabitliyin, cinayətkarlığa qarşı mübarizənin təminində polisin rolunu yüksək qiymətləndirir.

Bakı şəhər sakinləri 165 saylı məktəbin şagirdləri Taleh Yusibov və Valeh Yusifli DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda Azərbaycan Polisi ilə fəxr etdiklərini və polis peşəsinə yiyələnmək arzularını həyata keçirmək üçün dərslərinə daha məsuliyyətlə, səylə hazırlaşdıqlarını yazıblar.