Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.01.2019 - Mingəçevir şəhər sakini Cəfər Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Mingəçevir şəhər sakini Cəfər Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində ictimai asayişin və sabitliyin qorunmasında polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edir.
08.01.2019 - Bakı şəhər sakini Valentina Qreçneva qarşılaşdığı problemin aradan...
Bakı şəhər sakini Valentina Qreçneva qarşılaşdığı problemin aradan qaldırılmasında göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
08.01.2019 - Bakı şəhər sakini İlahə Yusifli metroda unutduğu əl çantasının qısa zaman...
Bakı şəhər sakini İlahə Yusifli metroda unutduğu əl çantasının qısa zaman kəsiyində tapılıb ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN və Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
08.01.2019 - Bakı şəhər sakini Afaq Tahirova üzləşdiyi problemin həllində göstərilən...
Bakı şəhər sakini Afaq Tahirova üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə Abşeron RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
07.01.2019 - Gəncə şəhər sakini Əhəd Həsənov DİN-ə ünvanladığı təbrik teleqramında daxili...
Gəncə şəhər sakini Əhəd Həsənov DİN-ə ünvanladığı təbrik teleqramında daxili işlər naziri general-polkovnik Ramil Usubovu Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli, səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edildiyi üçün təbrik edir.
07.01.2019 - Bərdə rayon sakini Əlzamin Məmmədov DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Bərdə rayon sakini Əlzamin Məmmədov DİN rəhbərliyinə ünvanladığı məktubunda Rayon Polis Şöbəsinin rəhbərliyindən razılıq edir və minnətdarlığını ifadə edir.
07.01.2019 - Təqaüddə olan polis veteranı Bəylər Teymurov səhhətində yaranan problemin...
Təqaüddə olan polis veteranı Bəylər Teymurov səhhətində yaranan problemin aradan qaldırılmasında ona göstərdikləri köməyə görə DİN-in A.Heydərov adına Respublika Hospitalının Nevrologiya şöbəsinin rəisi Aygün Quliyeva və müalicə həkimi Esmira Yolçuyevaya minnətdarlıq edir, ümumilikdə veteranlara, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.
07.01.2019 - Kürdəmir rayon sakini Mübariz Baxşıyev DİN-ə ünvanladığı məktubunda ona olan...
Kürdəmir rayon sakini Mübariz Baxşıyev DİN-ə ünvanladığı məktubunda ona olan borcun ödənilməsində göstərdikləri köməyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.01.2019 - Təqaüddə olan polis veteranı Bilal Vəliyev səhhətində yaranan problemlərin...
Təqaüddə olan polis veteranı Bilal Vəliyev səhhətində yaranan problemlərin müayinə və müalicəsində ona göstərdikləri köməyə görə DİN-in A.Heydərov adına Respublika Hospitalının rəhbərliyinə və bütün tibbi personala öz təşəkkürünü bildirir.