Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.07.2018 - Bakı şəhər sakini Əziz Əliyev məktubunda Mingəçevir İES-də baş vermiş qəza...
Bakı şəhər sakini Əziz Əliyev məktubunda Mingəçevir İES-də baş vermiş qəza nəticəsində Bakı Metropolitenində sərnişinlərin evakuasiyası zamanı Azərbaycan Polisinin fədakar xidmətinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
17.07.2018 - Mingəçevir şəhər sakini İlhamə Fətullayeva azyaşlı oğluna qarşı törədilmiş...
Mingəçevir şəhər sakini İlhamə Fətullayeva azyaşlı oğluna qarşı törədilmiş cinayətin açılmasında göstərdiyi operativliyə və obyektivliyə görə Şəhər Polis Şöbəsinin rəhbərliyinin, xüsusən müstəntiq Şəmsəddin Balayevin xidməti fəaliyyətindən razılığını ifadə edir, Azərbaycan Polisinin hər zaman haqq-ədalətin yanında olduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
16.07.2018 - Cəlilabad rayon sakini Elman Eynullayev DİN-ə ünvanladığı məktubunda şikayət...
Cəlilabad rayon sakini Elman Eynullayev DİN-ə ünvanladığı məktubunda şikayət ərizəsinin qısa müddətdə peşəkarlıqla araşdırılmasını və ədalətin bərpa olunmasını təmin etdiklərinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.
16.07.2018 - Lənkəran şəhər sakini Mirsədi Mirizadə baş vermiş oğurluq hadisəsinin üstünün...
Lənkəran şəhər sakini Mirsədi Mirizadə baş vermiş oğurluq hadisəsinin üstünün açılmasına və oğurlanmış əşyasının tapılaraq ona qaytarılmasına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətova minnətdarlığını bildirir.
16.07.2018 - Azərbaycan Dövlət Pedoqoji Universitetinin dosenti Həmzə Əliyev məktubunda...
Azərbaycan Dövlət Pedoqoji Universitetinin dosenti Həmzə Əliyev məktubunda Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi və 2 iyul – Polis Günü münasibəti ilə DİN rəhbərliyinə öz səmimi təbriklərini çatdırır, daxili işlər orqanlarının fədakar xidməti ilə fəxr etdiyini bildirir.
14.07.2018 - Astaradan R.Hüseynov, A.Əliyev, C.Hüseynov və polis veteranı Amil Cəfərov...
Astaradan R.Hüseynov, A.Əliyev, C.Hüseynov və polis veteranı Amil Cəfərov rayondakı əmin-amanlığa, sabitliyə görə həmkarlarımıza minnətdarlıqlarını ifadə edir, onlara çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayırlar.
14.07.2018 - Şirvan şəhər sakini Mehman Quliyev və bir qrup şəhər ağsaqqalı Şirvanda...
Şirvan şəhər sakini Mehman Quliyev və bir qrup şəhər ağsaqqalı Şirvanda narkotiklərlə aparılan mübarizədə, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə minnətdarlıq edirlər.
14.07.2018 - Sumqayıt şəhər sakinləri Sahib Rəhimov və Əli Atakişiyev Sumqayıt şəhər...
Sumqayıt şəhər sakinləri Sahib Rəhimov və Əli Atakişiyev Sumqayıt şəhər Mühafizə İdarəsində polis nəfəri kimi xidmət edən övladlarına “polis leytenantı” xüsusi rütbəsi verildiyinə və xidmətdə fərlənən gənclərə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14.07.2018 - Prezident təqaüdçüsü, II qrup əlil Afiq Həsənov DİN-in Arif Heydərov adına...
Prezident təqaüdçüsü, II qrup əlil Afiq Həsənov DİN-in Arif Heydərov adına Respublika Hospitalında veteranlara, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.