Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Elmira Əzimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona göstərdiyi köməkliyə, xoş rəftar və ünsiyyətə görə Kürdəmir RPŞ-nin əməkdaşı Əliyar Həziyevə öz minnətdarlığını bildirir.

Zaqatala şəhər sakini Cəmilə Mustafayeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda onun probleminin həllində göstərdikləri köməkliyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

Qazax rayonunun Daş Salahlı kənd sakini Samirə Aqqralı Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə Baş İstintaq və Təhqiqat İdarəsində obyektiv baxıldığına, ona göstərilən diqqətə və operativliyə görə DİN və Baş İstintaq və Təhqiqat İdarəsinin rəhbərliklərinə təşəkkürünü bildirir.

Qarabağ müharibəsi veteranı, Goranboy rayon sakini Rauf Dadaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlarla xoş ünsiyyət və rəftara görə BDYPİ-nə bilavasitə tabe olan Gəncə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elnur Məmmədov DİN-ə ünvanlandığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verildiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılaraq ədalətli həllini tapdığını qeyd edir, buna görə DİN rəhbərliyinə və BMCMİ-nin kollektivinə təşəkkürünü bildirir.

Lənkəran sakini, 80 yaşlı polis veteranı Böyükağa Əskərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda göstərilən diqqətə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir və minnətdarlığını bildirir.

Lənkəran rayonunun Liman şəhərinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə aparılan mübarizəyə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Kürdəmir rayonunun Xırdapay kənd sakini Rauf Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimasi asayişin qorunmasına, sabitliyin yüksək səviyyədə təmin edilməsinə, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Firudin Qəhrəmanov təşəkkür məktubunda polis veteranlarına göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.