Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Mehdi Abbasov müraciətinə çevik reaksiya verilməsinə, dəvət olunaraq yüksək hörmətlə qarşılanmasına, xoş rəftar və nəzakətli davranışa, göstərilən diqqət və qayğıya, eyni zamanda müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə və Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Maşalla Eldarov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Sevinc Eyvazova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qazax rayon sakini Orxan Aslanov məktubunda operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Gəncə şəhər sakini Aynur İsmayılova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəriman Behbudzadə Azərbaycan polisinə ünvanladığı təşəkkür məktubunda yazır: “Daxili İşlər Nazirliyi biz vətəndaşların müraciətlərinə hər zaman operativ yanaşır, bu da bizdə ictimai nəzarət işində ruh yüksəkliyi yaradır. Hər il olduğu kimi bu ildə etdiyim müraciət qanunla araşdırıldı. Təhlükəsizliyimizi təmin etdiyiniz üçün təşəkkür edirəm. Sizlərə xeyirli, sağlıqlı, uzun ömür arzulayıram”.

Bakı şəhər sakini Tamerlan Şirinov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciəti ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 

Jurnalist İfadə Cəfərzadə “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı postda polis əməkdaşları tərəfindən heyvanlara göstərilən qayğını və xoş rəftarı yüksək qiymətləndirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı şəhər sakini Vəfa Həsənova təşəkkür məktubunda yazır: “Daxili İşlər Nazirliyinin rəhbərliyinə və polislərimizə minnətdaram. Şikayətimlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin və Abşeron rayon Polis İdarəsinin əməkdaşları qısa müddət ərzində mənimlə əlaqə saxladı və məni narahat edən problem həll edildi. Var olsun, Azərbaycan polisi”.