Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.11.2019 - Bakı şəhər sakini Gülarə Quliyeva oğlunun itkin düşməsi ilə bağlı...
Bakı şəhər sakini Gülarə Quliyeva oğlunun itkin düşməsi ilə bağlı müraciətinin tez bir zamanda müsbət həllini tapmasında ona göstərdikləri köməyə görə Binəqədi RPİ 7-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.11.2019 - Bakı şəhər sakini Eldəniz Hasilov qeydiyyata düşməsinə köməklik göstərilməsi...
Bakı şəhər sakini Eldəniz Hasilov qeydiyyata düşməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinə obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
31.10.2019 - Astara rayonunun Kijəbə qəsəbə sakini Rasif Əliyev DİN rəhbərliyinə...
Astara rayonunun Kijəbə qəsəbə sakini Rasif Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssaslıqla yanaşılmasına və ona göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
30.10.2019 - Sumqayıt şəhər sakini, polis veteranı Nəcəf Cəfərli DİN-in A.N.Heydərov adına...
Sumqayıt şəhər sakini, polis veteranı Nəcəf Cəfərli DİN-in A.N.Heydərov adına Respublika Hospitalında müalicə alarkən ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.
30.10.2019 - 157 və 100 nömrəli orta məktəblərin müəllim kollektivi və valideyn...
157 və 100 nömrəli orta məktəblərin müəllim kollektivi və valideyn kömitəsinin üzvləri Binəqədi Rayon Polis İdarəsinin erkən nikah, dini radikalizm və narkomaniya ilə bağlı keçirdiyi tədbirlərdən, İdarə rəhbərliyinin əhalini narahat edən problemlərin həllində göstərdikləri köməklikdən razılıqlarını ifadə edir, həmkarlarımıza xidmətdə uğurlar azulayırlar.
30.10.2019 - Sumqayıt şəhər sakini Vusal Alıyev metronun İnşaatçılar stansiyasında halı...
Sumqayıt şəhər sakini Vusal Alıyev metronun İnşaatçılar stansiyasında halı qəflətən pisləşən həyat yoldaşı Günel Hüseynovaya kömək etdiklərinə və sərgilədikləri xoş ünsiyyətə görə həmkarlarımıza minnətdarlığını ifadə edir.
30.10.2019 - Şəhid polis övladı Vaqif Behbudov göstərdikləri səmimiyyətə, diqqət və...
Şəhid polis övladı Vaqif Behbudov göstərdikləri səmimiyyətə, diqqət və qayğıya görə Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edir.
30.10.2019 - Ağstafa rayon sakini Gülnar İsmayılova və Bakı şəhər sakini Pərviz Mürşüdzadə...
Ağstafa rayon sakini Gülnar İsmayılova və Bakı şəhər sakini Pərviz Mürşüdzadə DİN-ə ünvanladıqları təşəkkür məktublarında daxili işlər orqanlarında aparılan islahatlardan və asayişin keşiyində ayıq-sayıq dayanan həmkarlarımızın həyat qurtarmaq üçün günün istənilən vaxtında vətəndaşın köməyinə çatmağından minnətdarlıq hissi ilə bəhs edirlər.
30.10.2019 - Bakı şəhər sakinləri Zəminə İbrahimova və Fuad Əliyev üzləşdikləri...
Bakı şəhər sakinləri Zəminə İbrahimova və Fuad Əliyev üzləşdikləri problemlərin qısa zamanda həllini tapmasında göstərilən köməkliklərə görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.