Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

100 nömrəli orta məktəbin müəllim kollektivi və valideyn kömitəsinin üzvləri Binəqədi Rayon Polis İdarəsinin erkən nikah, dini radikalizm və narkomaniya ilə bağlı keçirdiyi tədbirlərdən, İdarə rəhbərliyinin əhalini narahat edən problemlərin həllində göstərdikləri köməklikdən razılıqlarını ifadə edir, həmkarlarımıza xidmətdə uğurlar azulayırlar.

Asayişin keşiyində ayıq-sayıq dayandığına, ölkəmizdə sabitliyi pozmağa cəhd edənlərin pozuculuq xarakterli hərəkətlərinin qarşısını almaqda həm də vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə polis veteranı Elçin Vəliyev həmkarlarımıza təşəkkürünü bildirir.

Azərbaycan Respublikasının Əməkdar artisti Elza Qasımova (Seyidcahan) DİN-ə ünvanladığı təşəkkür məktubunda etibarından sui istifadə edərək anasına qarşı dələduzluq etmiş Rasim Məmmədovun tapılaraq ifşa olunmasında göstərdiyi köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı İrfan Gərayzadəyə minnətdarlığını ifadə edir.

Qazax rayon sakini Aqqralı Samirə yol-nəqliyyat hadisəsi zamanı azyaşlı övladının ölümündə təqsirli bilinən şəxsin istintaqa cəlb edilməsi üçün etdiyi müraciətə çevik reaksiya verildiyinə görə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Gecə saatlarında Bakıxanov qəsəbəsində üçüncü qrup əlil olan övladı Rövşən Fərzəliyeva qarşı quldurluq edərək ona məxsus mobil telefonu, pul kisəsini və digər sənədləri zorakılıq yolu ilə talayan şəxslərin təxirəsalımaz əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub istintaqa təhvil verilməsində göstərdikləri fədakarlığa görə Bakı şəhər sakini Oğul Fərzəliyev Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

“Məktəb Press” qəzetinin redaktoru Ziyadxan Rüstəmov DİN-in mətbu orqanı “Mübariz keşikdə” qəzetinin, Bakı Şəhər Baş Polis İdarəsinin orqanı “Polis” qəzetinin bu gün kütləvi informasiya vasitələri içində öz sanbalı ilə seçildiyini yazır, sözügedən qəzetlərin daxili işlər orqanlarının həyatında baş verən yenilikləri, polis əməkdaşlarının fədakarlığını operativ şəkildə çatdırdığına, həmçinin yazılan məqalələrlə oxucu rəğbəti qazandığına görə məmnunluğunu ifadə edir.

Binəqədi qəsəbə sakini Qaroğlan Məlikov ünvanladığı təşəkkür məktubunda cinayətkar qrupların aşkar edilərək zərəsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, eləcə də kənddə yaradılmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə, həmçinin vəzifə borclarının öhdəsindən layiqincə gələn 43-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Xalidə Mustafayeva DİN-ə ünvanladığı minnətdarlıq məktubunda “102” Xidməti Zəng Mərkəzinə etdiyi müraciətə operativ və tez bir zamanda baxılmasına görə Bakı Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

“Xəzər rayon məhkəməsində mülki işlə əlaqədar bərk əsəbləşdim. Birdən zalda halım pisləşdi və huşumu itirdim. Yanımdakıların dediyinə görə, orada xidmət aparan mühafizə polisinin əməkdaşı dərhal mənə ilkin tibbi yardım göstərib. Həyatımın xilas olunmasında göstərdiyi köməkliyə və fədakarlığa görə Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı Anar Süleymanova minnətdarlığımı bildirirəm.” Bu sözləri Bakı şəhər sakini, 2-ci qrup Qarabağ əlili Mehralı Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır.