Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.11.2018 - Bakı şəhər sakini Bəxtiyar Əlizadə gələcəyin polislərinə DİN-in Polis...
Bakı şəhər sakini Bəxtiyar Əlizadə gələcəyin polislərinə DİN-in Polis Akademiyasında yaradılan şəraitdən, burda təhsilin və təlimin yüksək səviyyədə təşkilindən razılığını ifadə edir.
14.11.2018 - Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin...
Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.11.2018 - Bakı şəhər sakini, şəhid polis övladı Vaqif Behbudov DİN rəhbərliyinə...
Bakı şəhər sakini, şəhid polis övladı Vaqif Behbudov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə, səmimi qəbula və xoş ünsiyyətə görə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Əyyubova minnətdarlığını bildirir.
14.11.2018 - Saatlı rayon Qaralar kənd sakini Sərxan Mirzəyev DİN rəhbərliyinə ünvanladığı...
Saatlı rayon Qaralar kənd sakini Sərxan Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Saatlı RPŞ-nin rəisi Azər Tağıyevdən razılıq edir və minnətdarlığını ifadə edir.
14.11.2018 - Ağsu rayonu Nüydi kəndinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları...
Ağsu rayonu Nüydi kəndinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayon polis şöbəsində müraciətlərinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasına, RPŞ rəhbərliyinin vətəndaşlara yüksək mədəniyyətlə yanaşmasına, ictimai qaydanın və asayişin qorunmasına görə minnətdarlıqlarını ifadə edirlər.
14.11.2018 - Cəlilabad rayonunun Üçtəpə kənd sakini Sadıq Yarıyev öz təşəkkür məktubunda...
Cəlilabad rayonunun Üçtəpə kənd sakini Sadıq Yarıyev öz təşəkkür məktubunda Respublika ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına, sabitliyin qorunmasına və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
14.11.2018 - Masallı rayonunun Bədalan kənd sakini Vüqar Məmmədzadə DİN rəhbərliyinə...
Masallı rayonunun Bədalan kənd sakini Vüqar Məmmədzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda özünə məxsus mağazada baş vermiş yanğın hadisəsi və oğurluqla bağlı etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına görə Masallı RPŞ-nin rəhbərliyinə və istintaq bölməsinin rəisi Anar Xəlilova minnətdarlığını bildirir.
12.11.2018 - Qəbələ rayon sakini Elnur Mahmudov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Qəbələ rayon sakini Elnur Mahmudov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Qəbələ RPŞ-nin rəis müavini Azər Cəfərovdan razılıq edir və minnətdarlığını ifadə edir.
12.11.2018 - Sumqayıt şəhər sakini Orxan Şahverdiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Sumqayıt şəhər sakini Orxan Şahverdiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunduğu üçün BDYPİ-nin rəis müavini Elşən Kazımova və Sumqayıt ŞPİ-nin rəisi Əkbər İsmayılova minnətdarlığını bildirir.