Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Ziya İbadov məktubunda üzləşdiyi problemlə bağlı etdiyi müraciət üzrə Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. Z.İbadov göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 

Bakı şəhər sakini Rəhman Abbaszadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciəti ilə bağlı onunla əlaqə saxlanılaraq polis orqanına dəvət olunduğunu, dinlənilərək müvafiq araşdırmalara başlanıldığını qeyd edir. R.Abbaszadə müraciətinə operativ reaksiya verildiyinə və göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Bəhlul Xəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisinin xidməti fəaliyyətindən razılıq edərək, minnətdarlığını bildirir.

DİN yanında İctimai Şuranın üzvü Mahirə Əmirhüseynova “Facebook” sosial şəbəkəsindəki hesabında təşəkkür postu paylaşıb. O, DİN yanında İctimai Şuranın qadın əməkdaşlarına göstərilən yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bir qrup Şirvan şəhər sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə, eləcə də şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Arzu İsmayılova müraciətinə operativ və obyektiv şəkildə baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Qəni Useynov şikayətinə tez bir zamanda baxılaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək qiymətləndirir.

Vətəndaş Əkbər Alıyev gərgin və fədakar xidmətə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.

Vətəndaş Tahirə İsmayılova müraciətinə operativ şəkildə baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.