Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Saatlı rayon sakini, Vətən Müharibəsi iştirakçısı Miryusif Abasov DİN-ə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində yaşayan şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Əli Səfərov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Qalib Əliyev rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Xaçmaz rayon sakini Əli Xudayev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Sevinc Eyvazova rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Orxan Fərzəliyev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Səbuhi Hüseynov məktubunda rayon ərazisində yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Könül Mirzəyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yaşadıqları ünvanda narahatçılıq yaradan məişət səs-küyü ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətə çevik reaksiya verildiyini, araşdırma aparılaraq qısa müddətdə bu narahatçılığın aradan qaldırıldığını qeyd edir, operativliyə görə özü və qonşularının adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüqar Seyidov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.