Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.06.2023 - Bakı şəhər sakini Üzeyir Şəfiyev
Bakı şəhər sakini Üzeyir Şəfiyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, iyunun 10-da Bakı şəhərindən Masallı rayonuna gedərkən avtomobilində nasazlıq yarandığını və bu zaman ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən ona zəruri köməyin göstərildiyini qeyd edərək DİN rəhbərliyinə və Masallı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.06.2023 - Bakı şəhər sakini Bilal Əliyev
Bakı şəhər sakini Bilal Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
22.06.2023 - Ağdam rayon sakini Qəyyum Vəlizadə
Ağdam rayon sakini Qəyyum Vəlizadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.06.2023 - Vətəndaş Maarif Nəsibov
Vətəndaş Maarif Nəsibov naməlum şəraitdə itirdiyi mobil telefonunun tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.06.2023 - Samux rayon sakini Azadil Yusifov
Samux rayon sakini Azadil Yusifov müraciətinə operativ baxılaraq probleminin müsbət həllini tapmasında ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, Azərbaycan polisinin gərgin xidməti fəaliyyətini təqdir edir.
22.06.2023 - Sosial şəbəkə istifadəçisi Qüdrət Musayeva
Sosial şəbəkə istifadəçisi Qüdrət Musayeva məktubunda müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.06.2023 - Naftalan şəhər sakini Elvin Əsədov
Naftalan şəhər sakini Elvin Əsədov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Naftalan Şəhər Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
22.06.2023 - Ağstafa rayon sakini Əfsanə Əliyeva
Ağstafa rayon sakini Əfsanə Əliyeva müraciətinə çevik reaksiya verilməsinə, qanuni mənafeyinin qorunmasına və ona dəyən maddi ziyanın qarşılanmasının təmin edilməsinə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına öz təşəkkürünü bildirir.
22.06.2023 - Zərdab rayon sakini Afərim İmranova
Zərdab rayon sakini Afərim İmranova DİN-ə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirir.