Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.10.2022 - Vətəndaş Elvin İbrahimov
Vətəndaş Elvin İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə həssas yanaşıldığına, göstərilən diqqətə və probleminin aradan qaldırılmasında edilən köməkliyə görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
03.10.2022 - Biləsuvar rayon sakini Rəhim Həbibov
Biləsuvar rayon sakini Rəhim Həbibov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Rayon Polis Şöbəsində obyektiv şəkildə araşdırılmasına görə razılığını ifadə edir.
03.10.2022 - Göygöl rayon sakini Şahmar Məmmədov
Göygöl rayon sakini Şahmar Məmmədov məktubunda müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Mingəçevir rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.10.2022 - Gəncə şəhər sakini Əli İsmayılov
Gəncə şəhər sakini Əli İsmayılov göstərilən həssas münasibətə görə təşəkkürünü bildirir.
03.10.2022 - Samux rayon sakini Samirə Tağıyeva
Samux rayon sakini Samirə Tağıyeva etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
03.10.2022 - Vətəndaş Nurlan Qasımov
Vətəndaş Nurlan Qasımov DİN rəhbərliyinə ünvanladığı müraciətinə çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
03.10.2022 - Tərtər rayon sakini Vüqar Məmmədov
Tərtər rayon sakini Vüqar Məmmədov müraciətinə operativ reaksiya verilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
03.10.2022 - Bir qrup Bərdə rayon sakini
Bir qrup Bərdə rayon sakini xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.
03.10.2022 - Ağcabədi rayon sakini Kəklik Əhmədova
Ağcabədi rayon sakini Kəklik Əhmədova müraciətinin müsbət həll edildiyinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.