Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mübariz Hacıyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yaşadıqları binanın həyətinə daxil olmaq üçün nişanlanma xəttinin çəkilməsi ilə əlaqədar səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyini, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin əraziyə müvafiq nişan quraşdırıldığını bildirir.
M.Hacıyev müraciətinə operativ reaksiya verilməsinə, bina sakinlərinin avtomobilləri ilə həyətə maneəsiz girişinin təmin olunmasına görə öz adından və Q.Qarayev prospekti 61 saylı binanın sakinləri adından DİN rəhbərliyinə, həmçinin Mətbuat Xidmətinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.

Vətəndaş Yaşar Şükürov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinə dəvət edildiyini, araşdırma aparılaraq qısa müddətdə müracətinin müsbət həll olunduğunu qeyd edir. Y.Şükürov müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və ona dəymiş maddi ziyanın ödətdirilməsi üçün göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Göyçay rayon sakini Elvin Rzayev məktubunda müraciəti ilə bağlı obyektiv araşdırma aparıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Vənənd kənd sakini Əkrəm Salmanov və Başdizə kənd sakini Hüseyn Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşəkkür teleqramları göndəriblər. Onlar müraciətləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində qəbul edildiklərini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətlərinin müsbət həll olunduğunu bildirirlər. 
Ə.Salmanov və H.Məmmədov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edən vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını və polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.

Bakı şəhər sakini Ramil Orucov teleqramında DİN-ə ünvanladığı müraciətinə diqqətlə yanaşıldığını, obyektiv araşdırma aparılaraq ona dəymiş maddi ziyanın tam ödətdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər Qaradağ rayon sakini Bəhruz Çıraqov baş vermiş yol-nəqliyyat hadisəsində avtomobilinə dəymiş maddi ziyanın ödətdirilməsində, eləcə də hüquqlarının təmin olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Rauf Salmanov yaşadığı ünvanın yaxınlığında məişət tullantılarının təyin olunmamış yerə atıldığını yazaraq bir çox xəstəliklərə yol açan bu təhlükəli halın aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Müraciətinə operativ reaksiya verildiyi, qısa zaman kəsiyində aidiyyəti qurumların köməkliyi ilə sözügedən xoşagəlməz halın aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Anar Məmmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıqlarını yazır.

Sumqayıt şəhər sakini Qalib Namazov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.