Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, yol polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini Mahir Mehtiyev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına görə  DİN rəhbərliyinə və Qusar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini Vəlimurad Qurbanov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılmasına və ona dəymiş zərərin ödətdirilməsinə görə  DİN rəhbərliyinə və Qusar  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini Elmar Mehdiyev pulunun geri qaytarılmasının təmin edilməsinə görə  DİN rəhbərliyinə və Qusar  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini Həqiqət Məmmədova rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Xaçmaz rayon sakini  Kənan Səlimov ona göstərilən xidmətə görə DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xocavənd rayon sakini Məhəmməd Qurbanov Füzuli və Xocavənd rayon polis şöbələrinin əməkdaşlarının apardığı antinarkotik təbliğatını yüksək qiymətləndirir və minnətdarlığını bildirir.  

Beyləqan rayon sakini Xəzər Eyvazov müraciətinin müsbət həll olunmasına görə Beyləqan RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Ağcabədi rayon sakini Fərid Əhmədov müraciətinin müsbət həll olunmasına görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.