Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.01.2020 - Bakı şəhər sakini Könül Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Könül Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. Azərbaycan Polisinə gərgin xidməti fəaliyyətlərində uğurlar diləyir.
15.01.2020 - Bakı şəhər sakini, müharibə əlili Nəcəf Cəfərli təşəkkür məktubunda...
Bakı şəhər sakini, müharibə əlili Nəcəf Cəfərli təşəkkür məktubunda səhhətində yaranmış problemlə əlaqədar etdiyi müraciətinə həssaslıqla yanaşılaraq ona göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyi, Tibb İdarəsi və A.N.Heydərov adına Respublika Hospitalının rəhbərliklərinə, həmçinin tibbi personala minnətdarlığını bildirir.
15.01.2020 - Astara rayonunun Şiyəkəran kənd sakini Şəhriyar Dadaşov DİN rəhbərliyinə...
Astara rayonunun Şiyəkəran kənd sakini Şəhriyar Dadaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus çay evindən oğurluq edən şəxsin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılmasına görə minnətdarlığını bildirir.
14.01.2020 - Bakı şəhər sakini Rəşad Məmmədrəsulov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bakı şəhər sakini Rəşad Məmmədrəsulov DİN-ə ünvanladığı təşəkkür məktubunda ona vurulmuş zərərin qısa zaman kəsiyində ödətdirilməsinə göstərdiyi köməkliyə görə minnətdarlığını yazır.
14.01.2020 - Birinci qrup əlil Xəyyam İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Birinci qrup əlil Xəyyam İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə, insanlarla səmimi və xoş ünsiyyətinə görə Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Aydın Məmmədliyə minnətdarlığını ifadə edir.
14.01.2020 - Daşkəsən rayonundakı fermer təsərrüfatlarından birinin rəhbəri Akif Rzayev...
Daşkəsən rayonundakı fermer təsərrüfatlarından birinin rəhbəri Akif Rzayev Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyevə öz işinin öhdəsindən layiqincə gəldiyinə, sabitliyin və asayişin keşiyində qətiyyətlə durduğuna, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirdiyinə görə minnətdarlığını bildirir.
14.01.2020 - Bakı şəhər sakini Susanna İslamzadə qardaşı oğlunun xidməti yerinin...
Bakı şəhər sakini Susanna İslamzadə qardaşı oğlunun xidməti yerinin dəyişdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.01.2020 - İsmayıllı rayonunda müvəqqəti məskunlaşan məcburi köçkün Hüseyn Cümşüdov...
İsmayıllı rayonunda müvəqqəti məskunlaşan məcburi köçkün Hüseyn Cümşüdov həyatının çətin məqamında ona dəstək duran, üzləşdiyi problemin həllini tapmasında köməklik göstərən RPŞ-nin rəisi, polis polkovniki Şəmşir Kazımova minnətdarlığını bildirir.
14.01.2020 - Cəlilabad rayonu Alar kəndinin bir qrup sakini narkomaniya və cinayətkarlıqla...
Cəlilabad rayonu Alar kəndinin bir qrup sakini narkomaniya və cinayətkarlıqla mübarizədə qətiyyət göstərən, gəncliyimizi və gələcəyimizi təhdid edən bəlaların qarşısını vaxtında almaq üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirən RPŞ-nin əməkdaşlarından razılıqlarını ifadə edirlər.