Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhər sakini E.Əliyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Ş.Fətullayev avtomobillə birgə saxlanılıb
27.01.2023
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Gəncə şəhər sakini E.Əliyevə məxsus “Lada-21214” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Fətullayev avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini E.Tağıyevdən nömrəsi silinmiş tapança və 2 ədəd patron götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tağıyevdən nömrəsi silinmiş “Revolver” tipli tapança və 2 ədəd patron götürülüb. Araşdırma aparılır.
Polis Binəqədidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib – 2 nəfər saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər - Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər. Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kiloqramdan artıq heroin, marixuana və metamfetamin aşkar olunub
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb. Polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2 kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb
Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir. Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb. Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər. Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
26.01.2023
Yanvarın 26-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gəncə şəhər sakini S.Məmmədovanı bıçaqla xəsarət yetirərək öldürməkdə şübhəli bilinən A.Ələkbərov tutularaq istintaqa təhvil verilib
Goranboy Rayon Polis Şöbəsinə yanvarın 26-da saat 14.30 radələrində Baxçakürd kəndi ərazisində Gəncə şəhər sakini S.Məmmədovanın ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Araşdırmalarla Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ələkbərovun idarə etdiyi “Niva” markalı avtomobildə münaqişə zəminində həmyerlisi S.Məmmədovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.A.Ələkbərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Tovuz rayon sakini A.Məmmədovdan 480 qram marixuana götürülüb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz dəmiryolu stansiyasının ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana götürülüb.
Axtarışda olan Salyan rayon sakini Y.Məmmədov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində bir evdən 3000 manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Y.Məmmədov saxlanılıb.Araşdırma aparılır.