Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
17.07.2023
İyulun 17-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəmkir rayonunun İrmaşlı kənd sakini F.Bağırova ölümcül xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi İ.Alıyev saxlanılaraq istintaqa təhvil verilib
Şəmkir Rayon Polis Şöbəsinə iyulun 16-da rayonun İrmaşlı kənd sakini F.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq orada ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu cinayət əməlinin münaqişə zəminində kənd sakini İ.Alıyevin törətməsinə əsaslı şübhələr müəyyən edilib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Alıyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.
İsmayıllı rayonunun Təzəkənd kəndində A.Bədəlovaya ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən əri E.Bədəlov tutularaq istintaqa təhvil verilib
İyulun 17-də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində A.Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla cinayət əməlinin qadının əri E.Bədəlovun törətməsinə əsaslı şübhələr müəyyən edilib. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən E.Bədəlov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevə qarşı quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini R.Baxışov saxlanılıb
İyulun 12-də Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Baxışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonunun B.Səfəroğlu küçəsində Sumqayıt şəhər sakini K.Həsənova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Zamanov və S.Əsgərov saxlanılıblar
İyulun 15-də Yasamal rayonunun B.Səfəroğlu küçəsində 2 nəfərin Sumqayıt şəhər sakini K.Həsənovu kəsici alətlə hədələyərək 110 manat pulunu talamaları barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Zamanov və S.Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Paytaxtın Q.Qarayev prospektindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Qoçəliyev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 13-də Q.Qarayev prospektindəki evlərin birindən 2000 manat dəyərində televizor, 3 ədəd qol saatı və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Qoçəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yevlax şəhər sakini V.İsmayılovdan marixuana götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılovdan 390 qram marixuana götürülüb. Araşdırma aparılır.
Qəbələ rayonunun Bum qəsəbə sakini E.Eyyubova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Eyyubova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Lənkəran rayon sakini M.Qəmbərovun həyətyanı sahəsindən çətənə kolları, yardımçı təsərrüfatından isə 3 kiloqramdan artıq marixuana götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Balıqçılar qəsəbə sakini M.Qəmbərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu, yardımçı təsərrüfata baxış zamanı isə 3 kiloqram 50 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini E.İsmayılovdan nömrəsi silinmiş tüfəng götürülüb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılovdan nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng götürülüb. Araşdırma aparılır.