Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş rayonunun Pirəzə kənd sakini C.Quliyevin evindən 1 kiloqramdan artıq marixuana götürülüb
16.07.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Pirəzə kənd sakini C.Quliyevdən marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı əlavə 1 kiloqram 325 qramdan artıq marixuana götürülüb. Araşdırma aprılır.
Hacıqabul rayonunun Meyniman kənd sakini A.Şirəliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Meyniman kənd sakini A.Şirəliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kənd sakini Z.Məmmədova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Şəhriyar kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun 5 nəfər sakinindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini E.Babayevdən, Zəyəm qəsəbə sakini Ə.Cəlilovdan, Zəyəm Cırdaxan kənd sakini A.Məmmədovdan, Qapanlı kənd sakini B.Qarayevdən və Əliyaqublu kənd sakini Z.Nağıyevdən qanunsuz saxladıqları “İJ” markalı 5 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
15.07.2023
İyulun 15-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonunun Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini K.Zahidov saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini K.Zahidov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki evlərin birindən 1100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən R.Mustafayev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.Məmmədov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Hyundai” markalı bir avtomobildən içərisində pul olan cüzdan oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonunun Y.Əliyev küçəsində yerləşən enerji paylayıcı qurğudan avtomat açarlarını oğurlamaqda şübhəli bilinən F.Həsənov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Y.Əliyev küçəsində yerləşən enerji paylayıcı qurğudan 18 ədəd avtomat açar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Fuad Həsənov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən 11 ədəd dəmir borunu aparan 4 nəfər saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşları iyulun 15-də H.Z.Tağıyev qəsəbəsi ərazisindən 11 ədəd dəmir borunu “QAZ-24” markalı avtomobilə yükləyib aparan 4 nəfəri saxlayıb. Onların Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.Güləlizadə, Sumqayıt şəhər sakinləri Ə.Bədəlov, E.Qurbanov və əvvəllər məhkum olunmuş A.Həsənov olmaları məlum olub. Araşdırma aparılır.