Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
14.07.2023
İyulun 14-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri ərazisində manevr qaydasını pozduğuna görə saxlanılan avtomobildən qara sellofan paketdə marixuana aşkar olunaraq götürülüb
Nərimanov rayonu ərazisində yerləşən ofislərin birindən oğurluq əməlini törətməkdə şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb
İyulun 13-də Nərimanov rayonu ərazisində yerləşən ofislərin birindən 20674 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonu ərazisində iki evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində iki evdən ümumilikdə 3100 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad Rayon Bulaqlı kəndi ərazisində yerləşən restoranların birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-nə keçən gecə Bulaqlı kəndi ərazisində yerləşən restoranların birindən 950 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Zeynalov saxlanılıb. Araşdırma aparılır.
Qusar Rayon ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Qusar rayon sakini saxlanılıb
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də şəhər ərazisindəki mağazaların birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev saxlanılıb. Araşdırma aparılır.
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 15-də saat 1 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində kənd sakini A.Abdurrəhmanovun idarə etdiyi “VAZ-21013” və İsmayıllı rayon sakini A.Nəsrullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
13.07.2023
İyulun 13-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Türkan qəsəbə sakini Ə.İsmayıllıya xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov müəyyən edilərək saxlanılıb
İyulun 13-də saat 22 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.İsmayıllının kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov müəyyən edilərək saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.