Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ordubad rayon sakininə məxsus otbiçən və traktorun ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini M.Əhmədov saxlanılıb
15.07.2023
Naxçıvan ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 13-nə keçən gecə şəhər ərazisindən Ordubad rayon sakininə məxsus otbiçən və traktorun ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayon sakinləri Z.Seyidovdan və N.Əliyevdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mahmudlu kənd sakini Z.Seyidovdan və Qapanlı kənd sakini N.Əliyevdən qanunsuz saxladıqları “İJ” markalı 2 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Əvvəllər məhkum olunmuş P.Quliyevdən heroin və tüfəng götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş P.Quliyevdən heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “ZK” markalı tüfəng də götürülüb. Araşdırma aparılır.
Ağcabədi şəhər sakini Ş.Cəmilovdan 430 qram marixuana götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini Ş.Cəmilovdan 430 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Samux rayonunun Sərkar kəndi ərazisində B.İsgəndərovun kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolları götürülüb
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Sərkar kəndi ərazisində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.İsgəndərovun kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Qax rayonunun Qaxingiloy kənd sakini T.Kasiaşvilidən 7 kiloqrama yaxın marixuana və 7 kiloqramdan artıq çətənə bitkisinin hissələri götürülüb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş T.Kasiaşvilidən 6 kiloqram 725 qram marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun Fısdıqlı kəndi ərazisində meşəlik sahədə saxladığı əlavə 7 kiloqramdan artıq çətənə bitkisinin hissələri aşkar olunaraq götürülüb.
Sabirabad rayonunun Cəngən kənd sakini N.Məmmədovun həyətyanı sahəsindən çətənə kolları götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Cəngən kənd sakini N.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Cəbrayıl şəhəri ərazisində “Mitsubishi” markalı avtomobillə Beyləqan rayon sakini N.Ağayev vurulub
İyulun 15-də saat 18 radələrində Cəbrayıl şəhəri ərazisində Füzuli rayon sakini V.İbayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini N.Ağayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran rayonunun Ürgə kəndi ərazisində “Mitsubishi” markalı avtomobil aşıb
İyulun 15-də saat 22 radələrində Lənkəran rayonunun Ürgə kəndi ərazisində E.Süleymanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
14.07.2023
İyulun 14-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, Sumqayıt çayına tullantı sularının axıdılması, həmçinin məişət və istehsalat tullantılarının çayın kənarında qalaqlanması faktları aşkar olunub. Atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmamasına görə Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması), Sumqayıt çayına tullantı sularının axıdılmasına, həmçinin məişət və istehsalat tullantılarını çayın kənarında qalaqlanmasına görə isə bir vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.