DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mənzilin qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibinin 18500 manatını oğurlayan şəxs saxlanılıb

03.04.2024

Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub. 
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb. 
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Youtube linki - https://www.youtube.com/watch?v=AXKlIMdeln8

 

03.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub 03.04.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir 03.04.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir 03.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 03.04.2024
  • Ümumi çəkisi 12,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 03.04.2024
  • Nizami rayonu ərazisində yerləşən qarajların birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən A.İbrahimov saxlanılıb 03.04.2024
  • Yasamal rayonu ərazisində yerləşən ofislərin birindən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Əzizov saxlanılıb 03.04.2024
  • Sumqayıt şəhər sakini R.Vəlizadədən narkotik vasitələr və silah-sursat aşkar olunaraq götürülüb 03.04.2024
  • Mənzilin qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibinin 18500 manatını oğurlayan şəxs saxlanılıb 03.04.2024
  • Bakıda saxlanılan narkokuryerlərdən 2 kiloqram narkotik vasitə və 830 ədəd metadon həbi aşkar olunub 03.04.2024