Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
04.03.2024
Martın 4-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 1 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 169 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisindən silah-sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 27,3 kiloqramdan çox marixuana, 3,1 kiloqramdan çox tiryək, 1 kiloqramdan çox metamfetamin, həmçinin 5000 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qaraçuxur qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin şüşələrini sındırmaqda şübhəli bilinən Z.Mahmudov müəyyən olunaraq saxlanılıb
Martın 3-nə keçən gecə Qaraçuxur qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin şüşələrinin sındırılması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Z.Mahmudov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
03.03.2024
Martın 3-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Martın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 3 ədəd tüfəng, 9 patron darağı və və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 2-də və 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd müxtəlif markalı tüfəng və 11 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 8,5 kiloqramdan artıq narkotik vasitə və 290 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 2-də və 3-də ümumi çəkisi 8,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 290 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.