Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Metro stansiyasında bir qadının çantasını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
03.03.2024
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının içərisində pulu, bank kartı və sənəd olan çantasını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən T.Məmmədov və bir qadın müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində bir evdən oğurluq etməkdə şübhəli bilinən A.Abdullayev saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir evdən 4360 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Abdullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Muradov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 6000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Muradov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində bir köşkdən tütün məmulatı oğurlamaqda şübhəli bilinən E.Rzayev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 3-nə keçən gecə rayon ərazisində bir köşkdən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən E.Rzayev saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Z.İsmayılov saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərin pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Z.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
02.03.2024
Martın 2-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı qəsəbəsi ərazisində avtomobil sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən Ş.Hüseynov saxlanılıb
Suraxanı qəsəbəsi ərazisində “KİA” markalı avtomobildə sürücünün kəsici alətlə hədələnərək 260 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən M.Süleymanov və B.Mehtiyev saxlanılıblar
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Əmircan qəsəbəsi ərazisində evlərin birindən 3100 manat pul və 3300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Süleymanov və B.Mehtiyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
01.03.2024
Martın 1-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamalda 3200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldı
Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Fidayev, R.İsmayılov və Ş.Dadaşov müəyyən olunaraq saxlanılıblar.Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.